Oktyabrın 6-sı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, universitetin müəllim və tələbələri iştirak ediblər.
Çıxışlarda radikalizmin və ekstremizmin mahiyyəti, yaratdığı fəsadlar və təhlükələri haqqında ətraflı məlumat verilib. Azərbaycanda dini radikalizmə qarşı mübarizə tədbirlərindən bəhs edilib. Bu cür tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.