Gəncədə müsəlman və qeyri-müsəlman dini icmaları Zəfər Gününü qeyd ediblər
10 noyabr 2022, 04:04
Gəncə şəhərində Zəfər Günü qeyd edilib. Şəhərdə fəaliyyət göstərən müsəlman, eyni zamanda, qeyri-müsəlman - Gəncə şəhər Yəhudi dini icması və “Gəncə şəhəri Yeddinci Günün Adventistləri” xristian dini icmaları tərəfindən tədbirlər keçirilib. Baş tutan tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi anılıb, ruhlarına dualar oxunub.