Aprelin 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhər “İmamzadə ziyarətgah” dini kompleksində Ulu Öndərin 100 illiyi ilə bağlı "Milli-mənəvi dəyərlərin inkişafında Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa təşkil edilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Tahir Abbasov, QMİ-nin Goranboy və Naftalan üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov, bölgənin rəsmi din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Natiqlər Ulu Öndərin həyatı, dövlətçilik fəaliyyəti və milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıdan geniş bəhs ediblər. Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətlərinə böyük əhəmiyyət verdiyi qeyd edilib, Ümummilli Liderin irsinin dərindən öyrənilməsinin zəruriliyi vurğulanıb.
Sonda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Vətənpərvərlik milli-mənəvi dəyərlər kimi” filmi nümayiş olunub.