Aprel ayının 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhərində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Multikultural cəmiyyətdə məhzəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” adlı tədbir keçirilib.
Tədbirdə DQDİK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Mərkəzin müəllim və tələbələri iştirak ediblər.
Çıxışlarda multikultural cəmiyyətdə məhzəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlərdən bəhs olunub. Qloballaşan dünyada baş verən etnik-dini münaqişələrin, dini radikalizm və ekstremizmin beynəlxalq sülh və təhlükəsizlik, həmçinin tolerantlıq üçün ciddi maneə olduğu vurğulanıb. Natiqlər, eyni zamanda ölkəmizdə höküm sürən multikulturalizm və tolerantlıq mühitindən danışıblar.
Sonda DQDİK-nın sifarişi ilə çəkilmiş “Vəhdət qanımızdadır” sənədli filmi nümayiş olunub.