Gəncədə maarifləndirmə tədbiri keçirilib
05 dekabr 2024, 06:58

Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi və Gəncə Dövlət  Regional Kollecinin birgə təşkilatçığı ilə "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin baş məsləhətçisi Samirə Məmmədova, qadın dini ayinlərin icraçısı Nabat Xasməmmədli, müəllimlər və tələbələr iştirak ediblər.

Çıxışlarda məişət zorakılığının cəmiyyət üçün törədə biləcəyi fəsadlardan, onun mənfi təsirlərindən bəhs olunub. Eyni zamanda məişət zorakılığına qarşı mübarizədə təhsilin və  maarifləndirmə prosesinin önəmi vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.