Sentyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov və şöbənin əməkdaşları, Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri Sevinc Ələkbərova, eləcə də mərkəzin kollektivi iştirak ediblər.
Çıxış edənlər dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə ətraflı məlumat veriblər. Eyni zamanda bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edilib. Vurğulanıb ki, gəncləri xalqımızın vətənpərvərlik ruhuna zərbə vurmaq üçün təbliğ edilən radikal dini cərəyanların təsirindən qorumaq olduqca vacibdir.
Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.
Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gətirilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.