Sentyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Ombudsmanın Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı iləGəncə şəhərində “Sülh aylığı” çərçivəsində “Dinlər sülhə və qarşılıqlı anlayışa çağırır” mövzusunda tədbir keçirilib. T
Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdir müavini Elmar Fətəliyev, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, eləcə də din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini və müxtəlif dini konfessiyaların qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini vurğulayıblar. Dini tolerantlıq və multikultural dəyərlərin qorunmasının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu bildirilib. Qeyd edilib ki, insan hüquqlarının qorunmasında dinlər arasında qarşılıqlı hörmətin və dinc yanaşı yaşama prinsiplərinin xüsusi əhəmiyyəti var.