Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri dini radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, universitet rektorunun müşaviri Şahmar Həsənov və tələbələr iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm və ekstremizm təhlükəsindən bəhs olunub. Eyni zamanda dini radikalizmə qarşı mübarizədə təhsilin əhəmiyyəti vurğulanıb. Gənclərlə bu cür görüşlərin mütəmadi keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub.