Gəncədə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirləri” mövzusu müzakirə edilib
06 fevral 2025, 09:24

Fevralın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər Təşkilatının birgə təşkilatçılığı ilə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, YAP  Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycanda mövcud olan tolerantlıq və multikultural şəraitdən danışılıb. Ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh, qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Həmçinin məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu bildirilib.