Gəncədə dini maarifləndirmə tədbiri keçirilib
09 avqust 2023, 06:37

Avqustun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və şəhər Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizm və ekstremizmin mahiyyəti və onunla mübarizə yolları haqqında məlumat verilib. Gənclərin radikal və ekstremist dini cərəyanların təsirindən qorunmalarının vacibliyi vurğulanıb.

Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Şəhadət” filmi nümayiş olunub.