Noyabrın 6-da Gəncə şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Xalqın tarixini və taleyini dəyişən 44 gün” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvləri Tahir Abbasov və Anar Orucov, din xadimləri, dini konfessiyaların nümayəndələri, şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarıiştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini əbədiləşdirən Memorial Abidə Kompleksi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi olduğu, tarixi Zəfərin xalqımızın milli birliyinin, həmrəyliyinin və sarsılmaz iradəsinin təntənəsi kimi yaddaşlara həkk olunduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə ölkəmizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, xalqımızın milli qürur və özünəinam hissini daha da gücləndirib.