Yanvarın 18-də Gəncə şəhər M.A.Abbaszadə adına 20 saylı orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın əməkdaşları Rövşən Hacıyev, Kamal Ələkbərov, Təhsil İdarəsinin psixoloqu Vüsalə Balayeva, məktəbin direktoru, direktor müavini və şagirdlər iştirak ediblər.
Çıxış edən Komitə əməkdaşları dini ekstremizm və onun mahiyyəti barəsində geniş informasiyanı şagirdlərin nəzərinə çatdırıblar. Dini ekstremizmin təbliği, siyasi məqsədlər üçün dinlərarası və dinlərdaxili fərqlərin istifadəsi barədə şagirdləri məlumatlandıran natiqlər onlarla birlikdə qarşılıqlı fikir mübadiləsi aparıblar.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çap olunmuş kitablar sərgilənib və məktəbin ktiabxanasına hədiyyə edilib.