Mayın 20-də Gəncədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi, Ombudsmanın Gəncə Regional Mərkəzi və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “Dini dözümlülük və insan hüquqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, ATU-nun prorektoru Şahmar Həsənov və tələbələr iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, insan hüquqları müasir dünyada hər bir demokratik dövlətin prioritet hesab etdiyi əsas məsələlərdən biridir. Bildirilib ki, ölkəmizdə də insan hüquq və azadlıqlarının təmin olunması, müdafiəsi və daha da genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Tədbirin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Müasir çağırışlar: birgəyaşayış nümunəsi” adlı sənədli film nümayiş etdirilib.