Gəncə və Sumqayıtda yəhudilərin Pesax bayramı qeyd edilib
29 aprel 2024, 09:50

Aprelin 28-də Gəncə şəhərində yəhudilərin Pesax bayramı qeyd edilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin müdir müavini Faiq Əsgərov, Gəncə şəhər yəhudi dini icmasının sədri Arif Babayev, eləcə də icma üzvləri iştirak ediblər.

***

Sumqayıt yəhudiləri dini icması tərəfindən də Pesax bayramı qeyd edilib. Tədbirə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Yalçın Abdullayev,  Şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Kazımov, dini icmanın ravvini Menaxem Mendel və icma üzvləri qatılıblar.

Çıxışlarda qeyd olunub ki, yəhudilər və digər milli azlıqlar Azərbaycanda özlərini həmişə təhlükəsiz hiss ediblər. Azərbaycanda yaşayan xalqlar dostluq və qarşılıqlı anlaşma ab-havasında yaşayıblar, bu ənənə bu gün də qorunub saxlanılmaqdadır. Vurğulanıb ki, yəhudilər ölkəmizdə hökm sürən unikal tolerantlıq atmosferi sayəsində ksenofobiyanın hər hansı təzahürü ilə rastlaşmırlar.