Martın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə “Vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin müdir müavini Elmar Fətəliyev, şəhər “Qazaxlar” məscidinin imamı Asif Əliyev və hərbçilər iştirak ediblər.
***
Martın 6-da Qusar şəhərində yerləşən hərbi hissədə “Vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, hərbi hissə komandiri Cavidan Qarayev, hərbi hissənin İdeoloji iş və mənəvi- psixoloji təminat bölməsinin rəisi Rüfət Quliyev, hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Çıxışlar zamanı vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolundan bəhs olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını təmin edən mühüm amillərdən biri də məhz gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır.