Yanvarın 10-da Gəncə şəhərinin 43 nömrəli məktəbində “Dini radikalizm və ekstremizə qarşı səmərəli mübarizənin təşkili” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavinləri Elmar Fətəliyev, Faiq Əsgərov, məktəbin şagirdləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, dini radikalizm və ekstremizmə qarşı mübarizə tədbirlərindən bəhs olunub.
***
Yanvarın 10-da Kürdəmir şəhər "İmam Rza" məscidində isə “Dini radikalizmlə mübarizədə din xadimlərinin üzərinə düşən vəzifələr” mövzusu müzakirə olunub.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, QMİ-nin bölgə qazısı Fizuli Cəfərov, din xadimləri, eləcə də dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda dini radikalizm və dini ekstremizmin törətdiyi fəsadlardan bəhs edilib. Natiqlər qeyd ediblər ki, dini radikalizm və ekstremizmlə mübarizə üsulları kimi maarifləndirici, preventiv və profilaktik metodlardan istifadə olunur. Həmçinin bu istiqamətdə din xadimlərinin, dindarların üzərinə böyük məsuliyyətin düşdüyü vurğulanıb.