Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri davam etdirilir.
Martın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Regional Kollecində "Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə" mövzusunda maarifləndirmə tədbiri baş tutub. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Samirə
Məmmədova, qadın dini ayinlərin icraçısı Nabat Xasməmmədli, kollecin müəllim və tələbələri iştirak ediblər.
***
Mart ayının 1-də Ağcabədi şəhər 9 saylı tam orta məktəbində “Narkomaniya və zərərli vədişlərə qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirə Rayon Polis Şöbəsi rəisinin birinci müavini Elmir Dəmirçiyev, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, müəllimlər, şagirdlər, eləcə də ictimaiyyət nümayəndələri qatılıblar.
Çıxışlarda məişət zorakılığı, narkomaniya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışılıb. Bu sahədə DQİDK-nın müvafiq qurumlarla birgə həyata keçirdiyi maarifləndirmə işinin önəmi diqqətə çatdırılıb.
Hər iki tədbir müzakirələrlə davam edib.