Gədəbəydə "Zəfər Günü: milli-dini həmrəyliyin təntənəsi" mövzusunda tədbir keçirilib
09 noyabr 2025, 18:22

Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz  regional bölməsinin iştirakı ilə noyabrın 7-də Gədəbəy rayon “Cümə” məscidində "Zəfər Günü: milli-dini həmrəyliyin təntənəsi" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Cavid Səfərov, Gədəbəy rayon “Cümə” məscidinin imamı Rövşən Mustafayev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxış edənlər qeyd ediblər ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq, birlik və həmrəylik ruhunun təntənəsidir. Azərbaycan Ordusunun şanlı Qələbəsi xalqımızın milli və dini birliyinin, həmçinin dövlətimizin gücünün və müdrik rəhbərliyinin parlaq göstəricisidir.

Tədbirdə vurğulanıb ki, Vətən müharibəsində əldə edilən qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideyalarının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasətin nəticəsidir. Azərbaycan xalqı bu qələbə ilə yalnız torpaqlarını azad etmədi, həm də milli kimliyini, dini-mənəvi dəyərlərini və birliyini bir daha təsdiqlədi.

Natiqlər çıxışlarında həmçinin dini həmrəyliyin və tolerantlığın Azərbaycan cəmiyyətində mühüm rol oynadığını, bu birliyin ölkədə sabitliyin və inkişafın əsas dayaqlarından biri olduğunu qeyd ediblər.