Gədəbəydə “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib
06 fevral 2025, 09:41

Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin Qazax-Tovuz  regional bölməsinin, Gədəbəy RİH və Gədəbəy Rayon Polis Şöbəsinin iştirakı ilə fevralın 6-da Gədəbəy rayon Elşən Məmmədov adına Xar-Xar kənd tam orta məktəbində “Radikal dini cərəyanların mahiyyəti və  gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Cavid Səfərov, Gədəbəy RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov, Gədəbəy  RPŞ-nin rəisi  Mehman Həşimov, müəllim və gənclər iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti, gənclərə psixoloji təsir üsulları barədə məlumat verilib. Yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar. Dini radikalizm və ekstremizmin vətəndaş cəmiyyəti, hüquqi və demokratik dövlət üçün təhlükə mənbəyi olduğu vurğulanıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.