Gədəbəydə “Milli-mənəvi dəyərlərimiz və dini marifləndirmənin aparılmasında medianın rolu” mövzusunda tədbir keçirilib
10 iyun 2022, 07:48

İyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi, Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH), Polis şöbəsi və Qazax-Tovuz regional təhsil idarəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz və dini maarifləndirmənin aparılmasında medianın rolu” mövzusunda tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın şöbə müdiri Rasim Tağıyev, Gədəbəy RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov, Qazax-Tovuz regional təhsil idarəsinin nümayəndəsi Şahzadə Qəhrəmanlı, Gədəbəy RPŞ-nin əməkdaşı Məcnun Kamalov, məktəb psixoloqları, müəllimlər və şagirdlər iştirak ediblər. 
Çıxışlar zamanı gələcək nəslin dünyagörüşünün formalaşmasında milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliğ olunmasının vacibliyi, bu məsələdə medianın, eləcə də sosial şəbəkələrin rolunun artırılmasının günün tələbi olduğu vurğulanıb.