Yanvarın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi, Gədəbəy Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Novosaratovka kənd tam orta məktəbində “Dini radikalizmin təhlükələri, narkomaniya, erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Cavid Səfərov, İcra Hakimiyyəti başçısı Aparatının İctimai -siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Qədir Bağırov, Polis Şöbəsinin rəis müavini Gündüz Yusibov, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd olunub. Dini radikalizmin təhlükələri, həmçinin narkomaniya, erkən nikah və onun fəsadları barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.