Fevralın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin, Gədəbəy Rayon İcra Hakimiyyətinin və Gədəbəy Rayon Polis Şöbəsinin iştirakı ilə Gədəbəy rayonunun Soyuqbulaq kənd Folklorşünaslıq muzeyində “Dini radikalizmin təhlükələri, narkomaniya, erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Cavid Səfərov, Gədəbəy Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov, Gədəbəy Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis müavini Asəf Mirzəyev, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, dini radikalizm, narkomaniya və erkən nikah cəmiyyətin qarşılaşdığı ən aktual sosial problemlərdəndir. Bu hallar həm fərdi, həm də ictimai səviyyədə ciddi fəsadlara yol açaraq insanların həyat keyfiyyətinə mənfi təsir göstərir. Qeyd olunub ki, bu problemlərlə mübarizədə maarifləndirmə işinin gücləndirilməsi və qurumlararası əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.
Sonda iştirakçılar sağlam və təhlükəsiz cəmiyyətin formalaşdırılması üçün birgə səylərin vacibliyini vurğulayıblar.