İyulun 16-da Gədəbəy rayon “Cümə” məscidində “Dini biliklərin əldə olunmasında sağlam mənbələrin əhəmiyyəti” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Cavid Səfərov, “Cümə” məscidinin imamı Rövşən Mustafayev, eləcə də din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Tədbir zamanı çıxış edənlər dini biliklərin düzgün və etibarlı mənbələrdən əldə edilməsinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, yanlış və qeyri-rasional dini təsəvvürlərin yayılmasının qarşısını almaq üçün maarifləndirici tədbirlərin keçirilməsi mühüm rol oynayır. Sağlam dini maarifləndirmə cəmiyyətin dini radikalizmdən qorunmasında mühüm vasitədir.
Sonda tədbir iştirakçıları bu kimi görüşlərin davamlı olaraq keçirilməsinin vacibliyini qeyd ediblər.