DQİDK-nın sədri Mübariz Qurbanlı: “Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqımız tərəfindən yüksək dəyərləndirlir”
13 iyun 2019, 02:25

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı İctimai Televiziyanın "Diqqət mərkəzi" proqramının qonağı olub.

Mübariz Qurbanlı proqramda Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qaydışından danışıb. DQİDK sədri 15 İyun - Qurtuluş Gününü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biri kimi xarakterizə edib. DQİDK-nın sədri Mübariz Qurbanlı onu da bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqımız tərəfindən yüksək dəyərləndirilir.

Proqramla daha ətraflı aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=Qw3uBxYqNAI&fbclid=IwAR3vlhKEvtB8W-noW_2143PKujYyKtMI1_HL0Lb0FvlIagk3oZvQgAlrbWw