“Dövlətçilik, müstəqillik, milli birlik, vətənpərvərlik” mövzusu Qobustanda müzakirə edilib
26 may 2022, 09:15

Mayın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qobustan şəhər Ağasəf Qayibli adına 3 saylı məktəbdə  “Dövlətçilik, müstəqillik, milli birlik, vətənpərvərlik” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, eləcə də şöbənin əməkdaşları, Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, RİH-in yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Şəfa Atakişiyeva, Qobustan Gənclər evinin direktoru Anar İrzaquliyev, məktəbin direktoru Aynur Gülməmmədova, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycanda ictimai - siyasi sabitliyin yaradılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev dövlətçiliyin qarşısında duran müstəqilliyi qoruyub saxlamaq kimi vacib bir məsələnin həyata keçirilməsi üçün qətiyyətli addımlar atmağa başladı və zamanı, dövrü, hadisələri düzgün qiymətləndirərək Azərbaycanın müstəqilliyini qorumaq məqsədini çox böyük siyasi bacarıqla həyata keçirdi. Həmçinin vurğulanıb ki, Heydər Əliyev ideyaları və onları həyata keçirən ölkə Prezidenti İlham Əliyevin xalqına arxalanaraq qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər, daim təkmilləşdirdiyi islahatlar Azərbaycanı daha möhtəşəm uğurlara götürməkdədir.

Daha sonra tədbir iştirakçıları mövzu ətrafında fikirlərini bölüşüblər.