Dövlət Komitəsinin şöbə müdiri beynəlxalq tədbirdə iştirak edib
10 may 2024, 07:27

7-8 may tarixlərində Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi tərəfindən "Dini baxımdan dəyişən dünyada ailə quruluşu" mövzusunda 15-ci Beynəlxalq Dinlərarası Dialoq üzrə Doha Konfransı keçirilib.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev “Ailə inteqrasiyasının möhkəmləndirilməsində dini və mənəvi dəyərlər” mövzusunda çıxış edib.

Çıxışda  ailə institutunun qorunması istiqamətində modern dünyada qarşıda duran çağırışlar və çıxış yolları kimi mənəvi dəyərlərin əhəmiyyəti vurğulanıb. Eyni zamanda Azərbaycanda milli-mənəvi  dəyərlərin təbliği və gənc nəslə aşılanmasına, ailə quruluşunun möhkəmləndirilməsi, gənclərin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil kimi  formalaşmasına böyük diqqət yetirildiyi bildirilib. Eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ailə institutunun qorunması istiqamətində aparılan dövlət siyasətinə toxunulub.

Həmçinin ölkədə fəaliyyət göstərən müxtəlif dini icmalar tərəfindən də ailə dəyərlərinin vacibliyi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.