Dövlət Komitəsinin sədri Zərdab rayonunda vətəndaşları qəbul edəcək
03 aprel 2025, 00:20
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 8-də Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbul saat 11:00-da Zərdab rayon Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev prospekti, 21) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Göyçay regional bölməsinə (Əlaqə vasitələri: (020) 274 19 53, (050) 470 68 00, chairman@scara.gov.az, dk-goychay@scara.gov.az) müraciət etmələri xahiş olunur.
