Dövlət Komitəsinin sədri Zəngilan rayonunda vətəndaşları qəbul edəcək
03 sentyabr 2026, 09:30

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 7-də Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-da Zəngilan rayonu Ağalı kəndində (ünvan: Ağalı kəndi, "Ağalı" hotel) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şərqi Zəngəzur regional bölməsinə (əlaqə vasitələri: (021) 275 52 00, (050) 888 39 98, chairman@scara.gov.az, dk-zengezur@scara.gov.az) müraciət etmələri xahiş olunur.