Dövlət Komitəsinin sədri Zaqatalada vətəndaşları qəbul edəcək
05 avqust 2024, 03:51

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun avqustun 6-da keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.  Dövlət Komitəsinin sədri avqustun 12-də Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 10:00-da Zaqatala rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Zaqatala şəhəri, Car küçəsi 1) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Zaqatala regional bölməsinə (əlaqə vasitələri: (024) 225 32 23, (055) 633 15 07, chairman@scara.gov.az, dk-zaqatala@scara.gov.az) müraciət etmələri xahiş olunur.