Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək
06 may 2024, 04:55

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 14-də  Mingəçevir şəhərindən, Yevlax, Ağdaş və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcəkdir. 

Qəbul saat 11:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində (Ünvan: Nizami Gəncəvi pr, 61) keçiriləcəkdir. 

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (022) 333 55 95, (050) 211-68-89, chairman@scwra.gov.az, dk-yevlax@scwra.gov.az) müraciət etmələri xahiş olunur.