Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşları qəbul edəcək
13 iyun 2022, 12:49
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 17-də Masallı, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Yardımlı rayon Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr,165) saat 11:00-da keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri:
Elvin Hüseynli
Əlaqə vasitələri:
(051) 915 21 10
(025) 215 51 59
chairman@scwra.gov.az
dk-masalli@scwra.gov.az