Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Dövlət Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edəcək
09 fevral 2024, 14:35
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 14-də Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbul saat 11:00-da Xaçmaz şəhər Tarix Diyarşünaslıq muzeyi (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 1) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (023) 335-22-70, (051) 225-47-77, chairman@scwra.gov.az, dk-quba@scwra.gov.az) müraciət etmələri xahiş olunur.