Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edəcək
20 avqust 2013, 04:22
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 22 avqust 2013-cü il tarixində, saat 15:00-da Sumqayıt şəhərində, Sumqayıtın Tarix Muzeyində vətəndaşlar üçün açıq qəbul keçirəcəkdir.

Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt-Abşeron bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Əlaqə üçün: DQİDK-nın bölgə şöbə müdiri: Neman Әhədov

Tel: (055) 522 78 58
      (055) 220 90 37