Dövlət Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edəcək
17 yanvar 2024, 04:04

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 23-də Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da "Şirvan Gənclər evi"ndə (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 1B) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (021) 215-21-30, (070) 220-00-20, chairman@scwra.gov.az, dk-shirvan@scwra.gov.az) müraciət etmələri xahiş olunur.