Dövlət Komitəsinin sədri Şəkidə vətəndaşları qəbul edəcək
18 aprel 2023, 03:16
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 25-də Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Qəbul Şəki şəhər Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr. 216) saat 11:00-da keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (024) 244-36-21, (070) 663-22-33, chairman@scwra.gov.az, dk-sheki@scwra.gov.az) müraciət etmələri xahiş olunur.