Dövlət Komitəsinin sədri Salyanda vətəndaşları qəbul edəcək
10 fevral 2023, 03:22
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 16-da Salyan, Şirvan, Hacıqabul, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcəkdir. Qəbul Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında (Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 126) saat 11:00-da keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (021) 215 21 30, (070) 220 00 20, chairman@scwra.gov.az, dk-shirvan@scwra.gov.az ) müraciət etmələri xahiş olunur.