Dövlət Komitəsinin sədri Şabranda vətəndaşları qəbul edəcək
23 may 2022, 02:45

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 27-də Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcəkdir. Qəbul Şabran rayon Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr. 142) saat 11:00-da keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri:

Eynulla Nurullayev

Əlaqə vasitələri:

 (050)  722 91 25

 (023) 335 22 70

chairman@scwra.gov.az

dk-quba@scwra.gov.az