Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşları qəbul edəcək
20 iyun 2024, 03:58

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 25-də Saatlı, Sabirabad, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Sabirabad şəhəri, Heydər Əliyev prospekti) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə (əlaqə vasitələri: (021)  246-62-99, (050) 562-72-32, chairman@scara.gov.az, dk-imishli@scara.gov.az) müraciət etmələri xahiş olunur.