Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Həyat sözü” xristian dini icmasının sədri ilə görüşüb
09 avqust 2024, 18:12

Avqustun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Həyat sözü” xristian dini icmasının sədri Yusif Fərhadov  ilə görüşüb.

Görüşdə Azərbaycandakı tolerantlıq mühitinin, birgəyaşayış mədəniyyətinin dövlət-din konsepsiyasına uyğun daha da möhkəmləndirildiyi vurğulanıb. Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq ölkəmizdəki dini konfessiyaların dəstəklənməsi məqsədilə maddi yardım ayrıldığı diqqətə çatdırılıb, dini icmanın fəaliyyətinin perspektivləri ətrafında müzakirələr aparılıb.