Dövlət Komitəsinin sədri Qax şəhərində vətəndaşları qəbul edəcək
25 fevral 2025, 01:00

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 27-də Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Qax Rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, N.Nərimanov küçəsi, 4 ) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Zaqatala regional bölməsinə (Əlaqə vasitələri: (024) 225 32 23, (055) 633 15 07, chairman@scara.gov.az, dk-zaqatala@scara.gov.az) müraciət etmələri xahiş olunur.