Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Zərdabda vətəndaşları qəbul edəcək
22 oktyabr 2015, 02:59
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Oktyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Zərdab rayonunda Kürdəmir və  Zərdab rayon sakinlərini qəbul edəcək.
Qəbul Zərdab şəhəri, Heydər Əliyev Mərkəzində  (ünvan: Zərdab şəhəri, Heydər Əliyev prospekti, 1) saat 10:00-da keçiriləcək.  
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi  üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
 
DQİDK-nın bölgə şöbə müdiri: Nizami Məmmədov
Mob: (051) 977-37-70
 
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az