Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yardımlıda vətəndaşları qəbul edəcək
23 iyul 2015, 10:15
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yardımlı rayonunda Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.
Qəbul saat 10:00-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Yardımlı şəhəri, Heydər Əliyev prospekti, 255) keçiriləcək.  
Qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı bölgəsi  üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
 
DQİDK-nın bölgə şöbə müdiri: Miryəhya Bədirov
Mob: (050) 319-33-93
 
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az