Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tovuzda vətəndaşları qəbul edəcək
18 iyun 2015, 03:19
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
İyunun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tovuz rayonunda Qazax, Tovuz, Ağstafa rayon sakinlərini qəbul edəcək.
Qəbul Tovuz rayonu Olimpiya İdman Kompleksində ( ünvan: Tovuz şəhəri, H.Əliyev prospekti 1.) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Eldəniz Vəliyev
Mob: (055) 483-77-54
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az