Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edəcək
22 fevral 2022, 08:39
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 4-də Sumqayıt şəhəri və Qubadlı rayonunun sakinlərini qəbul edəcək. Qəbul Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (Sumqayıt şəhəri, Zülfü Hacıyev küç. 53) saat 10:00-da keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Yalçın Abdullayev
Əlaqə vasitələri:
Mob: (070) 275-88-33
Telefon: (018) 654 00 40
E-mail: dk-sumqayit@scwra.gov.az