Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Seçkilər sübut etdi ki, Azərbaycan qüdrətli dövlətdir”
12 aprel 2018, 08:36
Bu seçkilər bir daha göstərdi ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yola səs verir. Prezidentimizin "İlhamla İrəli" konsepsiyasına, proqramına səs verir.  Bu seçkilər Azərbaycan xalqının gələcəyinə inamını ifadə edən və böyük çoşğu ilə keçirilən seçkilərdir. Seçkilər bir daha sübut etdi ki, Azərbaycan güclü, qüdrətli dövlətdir. Seçkilər azad, ədalətli, demokratik şəkildə keçirildi və bütün dünya da bunu gördü.
Bu fikirləri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı SƏS TV-yə verdiyi müsahibəsində səsləndirib.

tv.sia.az/posts/interview/673914.html