Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Hacıqabulda vətəndaşları qəbul edəcək
25 aprel 2022, 03:24

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı aprelin 28-də Hacıqabul, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonları və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək. Qəbul Hacıqabul rayon Heydər Əliyev Mərkəzində (İsmət Qayıbov küçəsi, 7) saat 11:00-da keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

 

DQİDK-nın bölgə şöbə müdiri: Sənan Xəlilov

 

Əlaqə vasitələri:

 (070) 220-00-20

 (021) 215 21 30

 chairman@scwra.gov.az

 dk-shirvan@scwra.gov.az