Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Daşkəsəndə vətəndaşları qəbul edəcək
20 avqust 2015, 07:54
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Daşkəsən rayonunda Gəncə şəhər, Samux, Göygöl, Daşkəsən,  Kəlbəcər və  Xocalı rayon sakinlərini qəbul edəcək.
Qəbul saat 10:00-da Daşkəsən rayon dövlət arxivinin binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev meydanı,1) keçiriləcək. 
Qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi  üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
 
 
DQİDK-nın bölgə şöbə müdiri: Asif Əliyev
 
Mob: (055) 851-89-87
e-mail:info@scwra.gov.az
www.scwra.gov.az