Dövlət Komitəsinin sədri Masallıda vətəndaşları qəbul edəcək
04 oktyabr 2023, 16:58

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 10-da Cəlilabad, Yardımlı və Masallı rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qarabağ küçəsi, 17)  keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinə müraciət etmələri (Əlaqə vasitələri: (02521) 5-51-59, (055) 555 21 10, chairman@scwra.gov.az, dk-masalli@scwra.gov.az) xahiş olunur.