Dövlət Komitəsinin sədri Lerikdə vətəndaşları qəbul edəcək
16 iyun 2026, 09:23

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun 18 iyun tarixində Lerik rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Dövlət Komitəsinin sədri iyunun 19-da Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 10:00-da Lerik rayon Mədəniyyət Mərkəzində (ünvan: Lerik şəhəri, A.Əsədullayev küçəsi, 22) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinə (əlaqə vasitələri: (050) 380 27 43, (025) 258 39 84, chairman@scara.gov.az, dk-lenkeran@scara.gov.az) müraciət etmələri xahiş olunur.