Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək
15 oktyabr 2024, 10:46

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 21-də Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Lənkəran Mədəniyyət Mərkəzinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 99) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Lənkəran regional bölməsinə  (əlaqə vasitələri: (050) 380 27 43, (025) 255 39 84, chairman@scara.gov.az, dk-lenkeran@scara.gov.az) müraciət etmələri xahiş olunur.